Kəlbəcər rayonu ərazisində yerləşən iki kəndin layihələndirilməsinə başlanılır. Day.Az Trend-ə istinadən xəbər verir ki, söhbət rayonun Otaqlı və Çıraq kəndlərinin (Tövlədərə kəndi ilə birlikdə) layihələndirilməsindən gedir. Artıq bununla bağlı Kəlbəcərdə Bərpa, Tikinti və İdarəetmə Xidmətində müvafiq işlər start götürüb.