Günəşdə iki güclü partlayış baş verib. Day.Az bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutuna istinadən xəbər verir. Məlumata görə, ilk partlayış fevralın 5-də Bakı vaxtı ilə 7:15-də qeydə alınıb və 10 dəqiqə davam edib. İkinci daha güclü M.2.7 partlayışı isə Bakı vaxtı ilə 11:50-də baş verib və davamiyyəti 13 dəqiqə təşkil edib.