Mingəçevir-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək. Day.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 8 fevral tarixindən Mingəçevirdən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək.