"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində 6 fevral 2025-ci il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 45 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib. Day.Az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin məlumatında deyilir.