Qulaqdakı cingiltinin bir çox səbəbi ola bilər. Yüksək səslə musiqi dinləmək və ya səsli mühitdə uzun müddət qalmaq qulaqda cingiltinin yaranmasına yol aça bilər. Eyni zamanda yüksək qan təzyiqi, damar problemləri və qulaq infeksiyaları bu problemin əsas səbəblərindəndir. Stress, narahatlıq və gərginlik də cingiltini artıran amillərdir.