Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Ağcakənd qəsəbəsinin yaxınlığında qeydə alınıb. Hərəkətdə olan yük maşını idarəetmədən çıxaraq körpüdən çaya aşıb. Qəza zamanı sürücü 1995-ci il təvəllüdlü Y.Orucov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.