Astarada yol-nəqliyyat hadisəsi baş verib, motosiklet sürücüsü ölüb. APA-nın verdiyi xəbərə görə, hadisə səhər saatlarında Ələt-Astara avtomobil yolunun Ərçivan qəsəbə ərazisindən keçən hissəsində qeydə alınıb. Avsəl Ocaqovun idarə etdiyi "VAZ" markalı nəqliyyat vasitəsi Nizami Əskərovun idarə etdiyi motosikletlə toqquşub.