Balakəndə "Kamaz" aşıb, sürücü ölüb. APA xəbər verir ki, hadisə dünən günorta saatlarında rayonun Gərəkli kəndində baş verib. Belə ki, 1956-cı il təvəllüdlü Fərzəliyev Əsgər idarə etdiyi "Kamaz" markalı yük avtomobili ilə hərəkətdə olarkən yük maşını aşıb. Hadisə nəticəsində Əsgər Fərzəliyev aldığı xəsarətlərdən ölüb.