"Araz yolu" Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəni daha da asanlaşdıracaq. Day.Az-ın məlumatına görə, bunu İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Mərian bu gün Bakıda İran İslam İnqilabının qələbəsinin 46-cı illiyi ilə əlaqədar təşkil olunan tədbirdə deyib.