Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp ilə telefon danışığı aparıb. Day.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin müşaviri Dmitri Litvin məlumat yayıb. Litvinin sözlərinə görə, Ukrayna və ABŞ liderləri arasındakı telefon danışığı yerli vaxtla saat 19:40-da başa çatıb və təxminən bir saat davam edib.