Çin avtomobil sənayesi sürətlə böyüməyə davam edir. Son illərdə qlobal bazarda mühüm yer tutan Çin avtomobil istehsalçıları daha da irəliləməyə çalışırlar. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Çinin iki nəhəng avtomobil şirkəti - "Changan" və "Dongfeng" birləşmə qərarı alaraq avtomobil sektorunda yeni bir dövr açmağı hədəfləyir.