Dünyada mikroplastiklərin yayılması son illərdə artıb. Okeanlardan qidalarımıza, nəfəs aldığımız havaya qədər hər yerdə olan bu kiçik hissəciklər beynimizə qədər çatıb. Day.Az bu barədə "Nature Medicine" jurnalına istinadla xəbər verir. Sözügedən jurnalda dərc olunan yeni araşdırma 2016 və 2024-cü illəri əhatə edib.