20 yanvar dairəsində tıxaclar tarixə qovuşa bilər. Belə ki, dövlət proqramına əsasən, 2025-2026-cı illərdə 20 Yanvar yol qovşağının təkmilləşdirilməsi, yeni bağlantıların yaradılması planlaşdırılır. Day.Az xəbər verir ki, dairədə sıxlığa əsas səbəb olan Ziya Bünyadov prospektindən gələn nəqliyyat axınının həlli gözlənilir.