Azərbaycan və Türkiyə qardaş ölkədir. Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Day.Az xəbər verir ki, bunu Türkiyənin Azərbaycanda yeni təyin olunan səfiri Birol Akgün bu gün Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.