Ölkəmizdə səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud və müdafiə naziri Abdulkadir Məhəmməd Nur fevralın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Vüqar Mustafayevlə birlikdə Azərbaycan Ordusunun komando hərbi hissələrinin birində olublar.