Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin say həddi artırılıb. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin say həddi 455-dən 473 ştat vahidinə qaldırılıb.