2024-cü il Paris Yay Olimpiya Oyunlarının iştirakçılarından 220 şikayət daxil olub. Day.Az xəbər verir ki, bu barədə Paris Zərbxanası məlumat yayıb. Bildirilib ki, medallarında problem yaranan atletlər üçün yeni medal hazırlanaraq təhvil verilir. Olimpiya oyunları vaxtı verilmiş 5084 medalın 4 faizinin qüsurlu olduğu ehtimal edilir.