Azərbaycan ilə Türkiyə arasında imzalanmış "İkitərəfli hərbi əməkdaşlıq proqramı"na əsasən, hər iki qardaş ölkənin Hərbi Hava Qüvvələri (HHQ) nümayəndələrinin iştirakı ilə 15-ci Qərargah danışıqları keçirilib. Bu barədə Day.Az-a Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə Şəhidlər xiyabanı və Türk Şəhidliyi ziyarət edilib.