Qaradağ rayonunda kafedə qumarxana təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə Day.Az Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinə (RPİ) Lökbatan qəsəbəsində yerləşən kafelərin birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub.