Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar 28.02.2025-ci il tarixi saat 20:00 radələrindən indiyədək 9-u qadın, 8-i kişi olmaqla, 17 nəfərin müraciəti qeydə alınıb. Bu barədə Day.Az-a sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.