Bakıda yolların buz bağlaması səbəbindən baş verən qəzalarda işıqforlara ziyan dəyib. Day.Az DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, paytaxtda soyuq hava şəraitinin başladığı gündən 26 fevral tarixinə qədər qəzalar zamanı 5 işıqfor dirəyi, 1 idarəetmə və 1 elektrik qutusuna zərər dəyib.