Bakıda və Abşeron yarımadasında martın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayın 1-dən 2-nə keçən gecə bəzi yerlərdə az qar yağacağı ehtimalı var, şimal-qərb küləyi əsəcək.