Hacıqabulda 2014-cü il təvvəllüdlü Qaçaylı Yusif Malik oğlunu qatar vuraraq öldürüb. Day.Az-ın məlumatına görə, hadisə Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb. Yeniyetmə aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı xətt polisi tərəfindən araşdırma aparılır.