Bakı şəhərinin Yasamal rayonu, Hüseyn Cavid prospektində bir nəfər ikinci mərtəbədən birinci mərtəbənin damına yıxılıb. Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.