İspaniyaya qeyri-neft və qaz məhsulları üzrə ixracın və investisiyaların artırılması əsas hədəflərimizdəndir. Day.Az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan-İspaniya biznes forumunda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyib.