Məşq zamanı nə qədər su içmək lazımdır?
İdman zamanı su qəbulu hər kəs üçün eyni olmamalı, orqanizmin ehtiyacına görə müəyyən edilməlidir. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, endokrinoloq-diyetoloq Anton Polyakov bildirib ki, məsələn, velotrenajorda təxminən 15 dəqiqə məşq zamanı orta hesabla 500-1000 ml su lazım ola bilər.
