Casillas Real Madrid`in ən yaxşılarını açıqladı
Real Madrid klubunun əfsanəvi qapıçısı olmuş İker Casillas Fernandez maraqlı açıqlama verib. ONBİR Sports.ru`ya istinad edərək Casillas`ın fikirlərini sizə təqdim edir. Suallardan birində ondan Real Madrid`in klub tarixini boyu çıxış etmiş ən yaxşı 3 futbolçusunun kimlər olduğunu düşündüyünü soruşublar. Təcrübəli qapıçı belə cavab verib:
“Mən 3 futbolçunun adını deyə bilməyəcəyəm, çünki Real Madrid`də digərlərindən seçilən 2 ən yaxşı futbolçu olub. Bunlar don Alfredo di Stefano və Cristiano Ronaldo`dur.
Di Stefano Real Madrid`in şərəfini 1953-1964`cü illər arasında qoruyub. O, klubda 18 titul qazanmağa nail olub və bunlardan 8`i La Liga, 5`i isə dalbadal qazanılmış European Champions Cup`dır.
Ronaldo isə komandamızda 2009-2018`ci illər arasında çıxış edib və 15 titul qazanıb. Bunlardan 2`si La Liga, 4`ü isə Champions League`dir.
Portəgiz futbolçu Real Madrid`in ən çox qol vurmuş bombardiridir (450 qol 438 oyuna). Di Stefano isə bu siyahıda 3`cü yerdə (308 qol 396 oyuna) qərarlaşıb. ”