Benaccer karyerasını İngiltərədə davam etdirə bilər
0
Milan`ın yarımmüdafiəçisi Ismael Benaccer Manchester City`nin maraq dairəsinə düşüb, bu barədə ONBİR RMC Sport`a istinadən xəbər verir. Xəbərə əsasən, Pep Guardiola 22 yaşlı futbolçunu öz komandasında görmək istəyir və artıq onunla əlaqə saxlayaraq klubun lahiyəsi barədə danışıb. Benaccer hal-hazırda lahiyənin detalları ilə maraqlanır və kifayət qədər oynama vaxtı alacağından əmin olmaq istəyir.
City rəhbərliyi ən yaxın zamanda təklif hazırlayıb bu transferi reallaşdırmağa çalışacaq. İngilislər Benaccer`lə maraqlanan digər klub, PSG`ni qabaqlamaq niyyətindədirlər.
Qeyd edək ki, əlcazairli futbolçunun sərbəst qalma məbləği 50 milyon avro təşkil edir.
