Kiprin baş məşqçisi: Qalib gəlməyi bacaracağıq
Millimiz bu gün UEFA Millətlər Liqasında Kiprlə qarşılaşacaq. Rəqibin baş məşqçisi Johan Walem oyunöncəsi təşkil edilən mətbuat konfransında danışıb.
ONBİR 48 yaşlı mütəxəssisin yığmamızla bağlı fikirlərini təqdim edir:
“Monteneqro ilə matç bizim birinci oyunumuz idi. İlk təcrübədir. Bu oyunda müdafiə olunmaq baxımından yaxşı idik. Məğlub olsaq belə, məncə pozitiv məqamlar da oldu. Azərbaycan ilə oyuna gəldikdə isə, fikrimcə, futbolçular oyuna hazırdılar. Düşünürəm ki biz bu oyunda qalib gəlməyi bacaracağıq. Rəqibə hörmət edirik, yaxşı heyətləri var.
Ciddi rəqiblə qarşılaşacağıq, daha intensiv futbol oynamalıyıq. Bu daha fərqli oyun olacaq. Öz futbolçularıma inanıram. Əhval-ruhiyyəmiz yüksək olmalıdır ki, bu yanaşma ilə meydana çıxaq. Sırf bunun nəticəsində uğur qazana bilərik. Millətlər Liqasında millimiz uğurlu çıxış etməlidir və mən bunun belə olacağına inanıram”.
Qeyd edək ki, saat 22:45-də başlayacaq görüşü saytımız vasitəsilə canlı izləyə bilərsiniz.
The post Kiprin baş məşqçisi: Qalib gəlməyi bacaracağıq appeared first on ONBİR.