Dumanlı Albion`da derbi həyəcanı – Statistika
Bu gün Premier League`da İngiltərə derbisi keçiriləcək. Ölkə çempionluğunu ən çox qazanan iki klub Manchester United və Liverpool Old Trafford`da üz-üzə gələcək.
ONBİR qarşılaşmadan öncə iki komanda arasında keçirilən matçların statistikasını təqdim edir.
Bugünədək 235 İngiltərə derbisi baş tutub. Bu matçların 89-da Manchester United, 78-də Liverpool qalib gəlib. Qalan 68 görüşdə isə heç-heçə qeydə alınıb.
İlk görüş yoxlama xarakteri daşıyıb və 1894-cü ildə keçirilən matçda Liverpool Newton Heath (Manchester United) üzərində 2:0 hesablı qələbə qazanıb.
Newton Heath`in (Manchester United) ilk qələbəsi isə 1895-ci ilə təsadüf edib. 2-ci liqa çərçivəsində keçirilən matç meydan sahibinin 5:2 hesablı qalibiyyəti ilə başa çatıb.
Ən böyük hesablı qələbə də 1895-ci ildə qeydə alınıb. Liverpool rəqibini 7:1 hesabı ilə məğlub edib.
Derbidə ən çox matça çıxmış oyunçu Ryan Giggs`dir. (48)
Derbinin bombardirləri isə hərəyə 9 qol vurmuş Steven Gerrard (LIV), George Wall (MU) və Sandy Turnbull (MU)`dur.
Son 5 matç
20.10.2019 | Manchester United 1:1 Liverpool (Premier League)
19.01.2020 | Liverpool 2:0 Manchester United (Premier League)
17.01.2021 | Liverpool 0:0 Manchester United (Premier League)
24.01.2021 | Manchester United 3:2 Liverpool (Emirates FA Cup)
13.05.2021 | Manchester United 2:4 Liverpool (Premier League)
Qeyd edək ki, saat 19:30-da start götürəcək qarşılaşmanı İctimai TV ilə yanaşı, saytımız vasitəsilə də izləyə bilərsiniz.
