Ekspert: Məhkəmə rüsumunun qalxması daha çox bankların ziyanınadır
Məhkəməyə bəzi növ müraciətlər üçün rüsumlar 10 dəfəyə qədər artırıla bilər. Milli Məclis bu gün iyunun 25-də bu haqda qanuna dəyişikliyi 1-ci oxunuşdan keçirib. Dəyişiklik təkliflərindən biri budur ki, qiymətləndirilməyən iddialar üzrə məhkəməyə müraciət rüsumu 10 manatdan 100 manata qaldırılsın. Yəni məsələn, kiminsə evi qanunsuz zəbt edilibsə, o öz evini geri almaq üçün məhkəməyə müraciət etmək üçün indi 10 manat rüsum verirsə, dəyişiklik qüvvəyə minəndən sonra 100 manat rüsum verməlidir. Читать дальше...