ABŞ Rusiyanı Ukraynadakı münaqişəni qızışdırmaqda ittiham edir
Birləşmiş Ştatlar Rusiyanı imzaladığı sülh razılaşmalarına saymazlıq edərək Ukraynadakı münaqişəni qızışdırmaqda ittiham edib. ABŞ Dövlət Departamentinin 13 fevral tarixli bəyantında deyilir ki, “Rusiya 2014-cü ilin aprelində qopmuş və 10 mindən çox insanın ölümünə səbəb olmuş zorakılıqda birbaşa iştirakını danmaqda davam edir”. Ukrayna hökuməti və Luhansk və Donetsk separatçıları arasında 2014-cü ilin sentyabrında və 2015-ci ilin fevralında imzalanmış razılaşmalara əsasən elan edilmiş atəşkəs davamlı olmayıb. Читать дальше...