FIDE yeni reytinq siyahısını açıqlayıb - Azərbaycan yeddincidir
Azərbaycanın ilk onluqda yer alan iki şahmatçısının – Şəhriyar Məmmədyarovun və Teymur Rəcəbovun mövqeləri yeni reytinqdə dəyişməyib. Ş.Məmmədyarov (2770) səkkizinci, dünya kubokunun qalibi Teymur Rəcəbov (2765) isə onuncu pillədəki mövqelərini qoruyublar.