Qızılın qiyməti ucuzlaşdı
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb. Day.Az xəbər verir ki, COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 44,3 dollar azalaraq 4 352,1 dollara düşüb. Gümüşün qiymətində də eniş qeydə alınıb. Belə ki, qiymətli metalın bir unsiyası 1,1 dollar ucuzlaşaraq 64,27 dollar təşkil edib.
