"Əl-Əhram" qəzeti: "Azərbaycanın təcrübəsi və iqtisadi gücü ona Avropa Oyunlarına ev sahibliyi etmək imkanı verib"
Day.Az представляет новость на азербайджанском языке. Misir Ərəb Respublikasının nüfuzlu "Əl-Əhram" qəzetində "Azərbaycan mədəniyyətlərarası birliyi və dünya enerji təhlükəsizliyini həyata keçirməyə səy göstərir" sərlövhəli məqalə dərc olunub. Qəzetin baş redaktor müavini Məhəmməd Osmanın müəllifi olduğu məqalədə Azərbaycanın İslam dünyası ilə Avropa arasında körpü rolunu oynadığı diqqətə çatdırılır.