Bakıda maşın sürmək üçün tək rəqəm, cüt rəqəm söhbəti
Milli.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, təkliflər sırasında dünya praktikasında olduğu kimi, dövlət qeydiyyat nömrəsindəki tək və cüt rəqəmlərə görə, avtomobillərin hərəkətinin tənzimlənməsi də var. Belə ki, həftənin cüt günləri dövlət qeydiyyat nömrəsi tək rəqəmlə bitən avtomobillərin, tək günlərdə isə cüt rəqəmlə bitən avtomobillərin şəhərin mərkəzində hərəkətinə icazə veriləcək.