İdmançımız Rusiyada qızıl medal qazandı
Day.Az представляет статью на азербайджанском языке:Rusiyanın Krasnodar vilayətində sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. 210 güləşçinin yarışdığı turniri yığmamızın üzvləri 4 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub. Kəpəz TV (Region TV) xəbər verir ki, qızıl medal qazanan pəhləvanlar arasında Gəncə güləş məktəbinin yetirməsi Fazil Həsənov da yer alıb.