Avropa çempionatı: Azərbaycan qrup lideri oldu
Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatının qrup mərhələsində son oyununa çıxıb. Futbolpress.az xəbər verir ki, Elşad Quliyevin yetirmələri Fransa ilə üz-üzə gəliblər. Qarşılaşma yığmamızın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra millimiz F qrupunda 9 xalla lider olub. Daha əvvəl Azərbaycan Belçikanı 3:0, İtaliyanı isə 2:1 hesabı ilə məğlub edib.