Almaniya kansleri Angela Merkel qarşıdan gələn həftələrdə prezident Donald Trump-la görüşmək üçün Birləşmiş Ştatlara səfər edəcək.
Bu barədə məlumatı Ağ Ev yayıb. Ağ Evin mətbuat katibinin müavini Hogan Gidley aprelin 5-də xanım Merkelin səfəri barədə məlumatı təsdiqləsə də, görüş üçün dəqiq vaxt bildirməyib.
Bununla belə Ağ Evin vəzifəli rəsmilərindən biri Reuters-ə deyib ki, Trump-Merkel görüşü aprelin 27-ə planlaşdırılıb.
Əgər belədirsə, Fransa prezidenti Emmanuel Macron Trumpl-la Ağ Evdə üç gün əvvəl görüşəcək. Читать дальше...