Ağstafa rayonunda heyvandarlıq məhsullarının istehsalı artıb
Ağstafa rayonunda heyvandarlığın inkişafı daim diqqət mərkəzində saxlanılır. Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ilin yanvar-mart aylarında heyvandarlıqla məşğul olan sahibkarlar tərəfindən 1025 ton ət, 4190 ton süd və 3 milyon 48 min ədəd yumurta istehsal olunub