Azərbaycanın ilk xeyriyyəçi qadını
Day.Az представляет новость на азербайджанском языке:Əminəm ki, aranızda çox az adam bilir ki, Təzəpir məscidini öz şəxsi hesabına bir azərbaycanlı xanım tikdirib. O, öz səxavəti və xеyirxahlığına görə ad qazanmış, nеft mədənlərinə və bir çox böyük imarətlərə malik olmuş, şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcləmiş, Sabunçu xəstəxanasında kasıb və yеtimlərin müalicəsini öz üzərinə götürmüş, Tatar küçəsində (indi A. Topçubaşov) hamam tikdirmişdir.