Quru ot iki qarajı yandırdı
Day.Az представляет новость на азербайджанском языке:Bakıda iki qarajda yanğın qeydə alınıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 12-də saat 15 radələrində paytaxtın Nizami rayonunun E.Süleymanov küçəsində quru ot yanıb və yanğın Cəbrayıl rayon sakini Şəmil Məmmədova məxsus 2 qaraja keçib.Qarajların yanar konstruksiyaları və oradakı avtomobil ehtiyat hissələri yanıb, xəsarət alan olmayıb.