“Marsel”in yeni baş məşqçisi bilindi
“Marsel”in yeni baş məşqçisi açıqlanıb. Futbolpress.az xəbər verir ki, Liqa 1 təmsilçisinin sükanı Roberto De Zerbiyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə 3 illik müqavilə imzalanıb. “Marsel” Zerbinin son iş yeri “Brayton”a 6 milyon avroya yaxın təzminat ödəyəcək.